Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Dünya

İsrail “Hizbullah” terror təşkilatının Lübnandakı hərbi kompleksinin komandirini öldürüb

İsrail Müdafiə Qüvvələri Lübnanın cənubunda “Hizbullah” hərəkatının “Məcdal Zun” hərbi kompleksinin komandirini öldürüb.

Bu barədə Ordunun mətbuat xidməti məlumat yayıb.

“Bu gün İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı Haniyə bölgəsində yerləşən “Məcdəl Zun” kompleksinə zərbə endirib və “Hizbullah” komandirini öldürüb”, – məlumatda deyilir.

Xatırladaq ki, İsrail ordusu bir il davam edən silahlı eskalasiyadan sonra 2024-cü ilin noyabrında Livanla əldə olunan atəşkəs razılaşmasına uyğun olaraq bu ilin fevralında Livanın cənubundan ordusunun çıxarılmasını başa çatdırıb. İsrail ordusu ancaq Livanın cənubundakı beş strateji mövqedə qalıb və bunu təhlükəsizlik nəzarəti maraqları ilə izah edib.

Related Articles

Bir cavab yazın

Back to top button