
Aznewstv xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri və Baş Təhlükəsizlik Xidmətinin birgə bəyanatında deyilir.
“İsrail Müdafiə Qüvvələri və Baş Təhlükəsizlik Xidmətinin kəşfiyyat məlumatlarına görə, Qəzza zolağında HƏMAS-ın “Nuxba” adlı xüsusi təyinatlılarının bölük komandirlərindən biri Bilal Əl-Kedranı zərərsizləşdirilib. O, kibbutz Nirimə terror hücumuna rəhbərlik edib”, – məlumatda bildirilir.
Qeyd olunub ki, həmçinin hava hücumu zamanı HƏMAS və Fələstinin radikal “İslami Cihad” hərəkatının digər yaraqlıları da öldürülüb.