“ANT” xəbər verir ki, bunu İsrail Ordusunun Baş Qərargah rəisi Herzi Halevi bildirib.
O, Sinvarın yeni rütbə aldığını xatırladıb: “Rütbəsinin dəyişdirilməsi onun arxasınca getməyimizə mane olmayacaq. Bu, bizi motivasiya edir.
Yəhya Sinvarı tapmaq üçün səy göstərəcəyik ki, o, hədəfə çevrilsin və onlar (HƏMAS – Qeyd) yenidən Siyasi Büronun rəhbərini dəyişsinlər.
Bütövlükdə son həftələrdə çox mühüm əməliyyatlar həyata keçirmişik. Ən problemli düşmənlərimizin yüksək səviyyəli komandirlərini məhv etmişik və biz dayanmayacağıq”.
Xatırladaq ki, HƏMAS-ın Siyasi Bürosunun keçmiş rəhbəri İsmayıl Haniyə İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirakdan sonra İsrailin onun Tehrandakı iqamətgahına endirdiyi zərbə nəticəsində öldürülüb.