“İsrail Müdafiə Ordusu Qəzza zolağında oktyabrın 7-dən bəri HƏMAS hərəkatının 8 min yaraqlısını zərərsizləşdirib”, – nəşrin məlumatında qeyd olunub.
Xatırladaq ki, oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının İsrail ərazisinə daxil olmasından sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Nəticədə İsrailin sərhədyanı yaşayış məntəqələrinin sakinləri öldürülüb və uşaqlar, qadınlar və qocalar daxil olmaqla, 200-dən çox insan girov götürülüb.
İsrail tərəfi buna cavab olaraq bu günə qədər davam edən “Dəmir Qılınclar” adlı hərbi əməliyyatlara başlayıb.