İsrail generalı Ori Qordin deyib ki, İranla istənilən qarşdurma ssenarisinə hazırlıqları davam etdirirlər.
“Aznews tv” xəbər verir ki, o, Tel-Əvivin İranın bölgədəki təhdidi, habelə regionda sabitliyi pozan addımları ilə mübarizə aparmaq üçün hazırlıqlar görüldüyünü vurğulayaraq bildirib: “İranın hər bir raket hücumuna minlərlə raketlə cavab verəcəyik”.
Dekabrın 26-da məsələ ilə bağlı açıqlama verən Qordin habelə söyləyib ki, İsrail İranla istənilən qarşıdurma ssenarisinə hazırlaşır və hazırlıq səviyyəsini daha da təkmilləşdirir.
“İsrail özünə qarşı hər hansı raket hücumlarına qarşı mübarizə aparmağa hazırdır”, – deyə o vurğulayıb.
Qeyd edək ki, dekabrın 25-də İranın yaydığı videoda İsrailin Dimona nüvə reaktoruna hücumu imitasiya edib. Lakin sonra məlum olub ki, video saxtadır və digər videolarda da görünür ki, İranın iddia etdiyinin əksinə olaraq, maketə raketlər atmaq əvəzinə, partlayış maketin içərisində baş verib və onun partlaması raket zərbəsi ilə olmayıb. Yəni, İran rejiminin buna hərbi gücü yoxdur, sadəcə üzdə xof yaratmaq üçün hərbi güc və bacarıqlarının olduğunu göstərməyə çalışır.