Dünya

İsrail Fələstini tanıyan dövlətlərdəki səfirləri geri çağırıb

İsrail Fələstini tanıyan dövlətlərdəki səfirləri ilə məsləhətləşmələri davam etdirir.

ANT xəbər verir ki, ölkənin Xarici İşlər Nazirliyi İrlandiya, İspaniya və Norveçdəki səfirlərini məsləhətləşmək üçün geri çağırıb.

Xüsusilə, İspaniyanın Qüdsdəki konsulluğunun işi məhdudlaşdırılıb. Bu məlumatı İsrailin Rusiya Federasiyasındakı səfiri Simona Halperin mətbuata açıqlamasında bildirib.

“İspaniya baş nazirinin müavini sosial şəbəkələrdə açıq şəkildə deyir ki, bu hekayəyə son qoyulmalı və Fələstin “çaydan dənizə” uzanmalıdır, yəni İsrail silinməlidir. Əgər bu, İspaniyanın baş nazirinin müavininin mövqeyidirsə, təbii ki, İsrail də hərəkətə keçəcək. İspaniyanın Qüdsdəki konsulluğunun işini məhdudlaşdırdıq. Onlar sanki İsraildə oturub Fələstin üçün çalışırlar.” – deyə səfir bildirib. Halperin həmçinin Fələstin dövlətinin tanınmasını “səhv” adlandırıb

Qeyd edək ki, İrlandiya, İspaniya, Norveç və Sloveniya Fələstin Dövlətini tanıyıb. Belçika və Portuqaliyanın da bunu edə biləcəyi gözlənilir.

Related Articles

Bir cavab yazın

Back to top button