Dünyaİran

İsrail: Dəməşqdə öldürülən SEPAH komandiri terror təşkilatının rəhbər üzvlərindən olub

İsrail aprelin 1-də Dəməşqdə İran səfirliyinin yanındakı binaya endirdiyi aviazərbə nəticəsində öldürülən general Məhəmmədrza Zahedi barədə yeni məluamt yayıb.

Bu barədə “The Times of Israel” Livanın Hizbullah terror təşkilatına yaxın mənbəyə istinadən məlumat yayıb.

Məlumatda bildirilib ki, Məhəmmədrza Zahedi Liın İrana bağlı Hizbllah terror təşkilatınmın 8 nəfərlik şurasının üzvü olub.

Onun bu qrumda yeganə qeyri-livanlı üzv olduğu bildirilib.

Qeyd edək ki, aprelin 1-də İsrail Dəməşqdə İranın diplomatik nümayəndəliyinə yaxın binaya hava zərbəsi endirib.

Nəticədəbiri Məhəmmədrza Zahedi olmaqla 2 general və 5 yüksək rütbəli SEPAH zabiti öldürülüb.

İran tərəfi zərbə endirilən binanın konsulluq olduğunu iddia edib, İsrail binanın konsulluq olmadığını və SEPAH-ın Qüds qüvvələrinin istifadə etdiyi qərargah olduğunu bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button