Aznewstv xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun rəsmi təmsilçisi, kontr-admiral Daniel Xaqari məlumat verib.
“Biz 2024-cü il proqramına başlayırıq, ehtiyatda olanlar məzuniyyətə çıxa biləcəklər. Bu prosesi tədricən və mütəşəkkil şəkildə quracağıq, çünki qarşıda bizi uzun döyüş əməliyyatları gözləyir. Bu həftə Qəzza zolağından ehtiyatda olan iki briqadanı çıxaracağıq və bu prosesi yavaş-yavaş həyata keçirərək, digər birliklərə də keçəcəyik”, – deyə Xaqari bildirib.