“ANT” xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat yayıb.
İsrail HƏMAS-ın saxladığı girovların azad edilməsindən sonra Fələstin anklavında davamlı sabitliyin bərpasını müzakirə etməyə hazırdır.
Nəşr vurğulayıb ki, İsrail dövlətinin rəhbərliyi keçən il oktyabrın 7-dən bəri ilk dəfə olaraq Qəzzada münaqişənin sona çatması ilə bağlı girov müqaviləsi çərçivəsində müzakirələrə açıq olduğunu bildirib.
Bundan əvvəl HƏMAS Siyasi Bürosunun üzvü Xəlil əl-Həyya bildirib ki, hərəkat İsraildən sektordakı vəziyyəti həll etmək təklifinə cavab alıb. Onun sözlərinə görə, HƏMAS İsrailin təşəbbüsünü təhlil edəcək və araşdırması başa çatdıqdan sonra öz cavabını verəcək.
Aprelin 13-də HƏMAS Misir və Qətər müzakirəçilərinə İsrailin aprelin 8-də Fələstin anklavında vəziyyətin həlli ilə bağlı aldığı təklifə cavabı təqdim edib. Hərəkat daimi atəşkəs, İsrail ordusunun Qəzzadan çıxarılması və köçkünlərin daimi yaşayış yerlərinə qayıtması kimi tələblərini təkrarlayıb.
HƏMAS həmçinin vurğulayıb ki, anklavda radikallar tərəfindən saxlanılan girovların İsrail həbsxanalarında məhbus olan fələstinlilərlə dəyişdirilməsi üçün ciddi və real sövdələşmə bağlamağa hazırdır.