Dünya

İsrail: Ərəb müttəfiqlərimizlə əlaqələrimizin artması İranı qorxudur

İsrailin xarici işlər naziri ölkəsinin bölgənin ərəb ölkələri ilə əlaqələrinin möhkəmlənməsinin İranı vahiməyə saldığını bildirib.

“Aznews tv”xəbər verir ki, Yair Lapid bu sözləri Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Mərakeş və Misirdən olan həmkarları ilə görüşdən sonra deyib.

Onun sözlərinə görə, İsrailin ərəb ölkələri ilə əlaqələrinin möhkəmlənməsi İranı və ona bağlı proksi (niyabəti) qruplaşmaları qorxuya salır.

Xatırladaq ki, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Mərakeş və Misirin xarici işlər nazirləri bazar günü Tel-Əvivə səfərləri çərçivəsində İsrailin xarici işlər naziri Yair Lapid və Amerikanın dövlət katibi Entoni Blinkenlə görüşüblər.

Related Articles

Bir cavab yazın

Back to top button