Site icon Aznews TV

İsmayıl Qaani ilə əlaqə kəsilib- İranlı mənbələr

Bu barədə “”Royters iki iranlı mənbəyə istinadən məlumat yayıb.

Sentyabrın 27-dən bu günə kimi İran-israil arasında baş verən gərginliyə, İranın İsrailə raket hücumlarına və başqa əhəmiyyətli tədbirlərin keçirilməsinə baxmayaraq, Qaaninin görünməməsi onun İsrailin hava zərbələri nəticəsindəöldüyü və ya aır yaralandığı barədə ehtimalları artırıb.

İranın rəsmi şəxsləri İsmayıl Qaani barədə sualara dəqiq cavab verilmədiyi bir vaxtda, SEPAH-ın keçmiş komandiri Möhsün Rzaiyə bağlı “Tabnak” saytı “İctimaiyyət generalımızın sağ-salamat olması xəbərini gözləyir”, – deyə yazıb.

Qeyd edək ki, dünən İran rəhbəri Əli Xamənei İsrailə raket hücumuna görə SEPAH-ın Aerokosmik Qüvvələrinin komandanı Əmir Əli Hacizadəyə “Fəth” nişanı verməsi ilə bağlı mərasim keçirilib.

Mərasimdə SEPAH və “Bəsic” də daxil olmaqla İranın silahlı qüvvələrinin bütün komandirləri iştirak etsələr də, İsmayıl Qaani görünməyib.

Bir sıra mənbələr isə İranın xarici işlər naziri Abbas Əraqçının Beyruta son səfərinin İsmayıl Qaaninin cəsədinin ölkəyə gətirilməsi məqsədi ilə edildiyini bildirirlər.

Exit mobile version