Bu qəzetin 11 Aprel-də çıxan xəbərində İsrailə çatan məktub və sənədlərə istinad edilirdi.
Bu məktubların birində “Yəhya Sənvar” kimi tanınan Əbu İbrahim üçün 2014-cü ildən 2020-ci ilə qədər ödəniş fakturaları verilir. Bu yaxınlarda öldürülən və “Əbülbərə” adı ilə imza atan Həmas terror qruplaşmasının komandirlərindən olan Mərvan İsa başqa bir məktubda İslam Respublikasından ən azı 222 milyon funt sterlinq aldığını təsdiqləyib.
Bu sənədlərdə Dəməşqdəki konsulluq binasına edilən hücumda öldürülən İnqilab Keşikçilərinin Qüds Qüvvələrinin yüksək rütbəli komandiri Məhəmməd Riza Zahidinin də adı çəkilir. Bu sənədlərdə onun Fələstin silahlı qruplaşmalarına yardımda rolu olan şəxs kimi adı çəkilir.