İran

İŞİD rəsmi olaraq Kirmanda törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb

İŞİD bu haqda məlumat yayıb. Partlayışı həyata keçirənlərin Ömər Muvəhhid və Seyfullah Mucahid adlı kamikadzelər olduğu bildirilir.

Qasım Süleymaninin ölüm mərasimi zamanı Kirmanda baş verən iki partlayışdan bir gün sonra İraq Şam İslam Dövləti (İŞİD) Kirmandakı partlayışlara görə məsuliyyəti öz üzərinə götürüb.

İŞİD-in 4 yanvar Cümə axşamı günü Telegram-da bu qrupa bağlı kanallarda yayımlanan mesajında bu partlayışların iki nəfər tərəfindən və intihar üsulu ilə həyata keçirildiyi iddia edilir.

Bu qruplaşmaya görə, Ömər Əl-Movəhed və Seyfullah Mücahid, Kirman şəhərində Qasım Süleymaninin qəbri yaxınlığında müşrik şiələrin böyük bir yığıncağına gedib və izdihamın içində partlayıcı kəmərlərini işə salıblar və nəticədə 300-dən çox müşrik şiə həlak olub və ya yaralanıb.

İŞİD daha öncə İranda bəzi ölümcül hücumlara görə məsuliyyəti öz üzərinə götürmüşdü.

İŞİD-in bəyanatından bir qədər öncə İran İslam Respublikasının rəsmi xəbər agentliyi olan İrna bu partlayışlardan ən azı birinin intihar olduğunu bildirib. İrna dövlət xəbər agentliyi məlumatlı mənbəyə istinadən yazıb: “Səhər saatlarında Kirmanın Şəhidlər Gülzarında partlayışının baş verdiyi yerdə aparılan təhqiqat partlayıcı paketlərlə bomba əməliyyatı aparıldığını göstərdi, lakin dəlillərin, o cümlədən CCTV görüntülərinin tədqiqi göstərir ki, ilk partlayış mütləq kamikadzenin hərəkəti nəticəsində baş verib. ”

İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı Tasnim xəbər agentliyi partlayışdan sonra öz mənbələrinə istinadən xəbər verib ki, Kirmanda Kirmanın Şəhidlər Gülzarının girişində iki bomba torbası olub, bu hadisənin səbəbkarı bu bombaları uzqdan işə salıblar.

İŞİD bu hücumlara görə məsuliyyəti öz üzərinə götürməzdən öncə İslam Respublikasının bir sıra rəsmiləri, məsələn, Rejimin Məsləhət Şurasının üzvü Möhsün Rizayi və İnqilabçı Qüvvələr Koalisiya Şurasının rəhbəri Qulam Əli Hədadadel İsraili günahkar tanıyıblar.

Bundan öncə məclisin vitse-prezidenti və parlamentin fundamentalist simalarından biri olan Müctəba Zolnuri də bu əməliyyatın İsrailin işi olduğuna dair heç bir məlumat və xəbərə malik olmadığını etiraf etmiş və bunun mahiyyətindən İsrailin işi olduğunu vurğulamışdı. İslam Respublikasının bu radikal siması ayrıca bildirib ki, biz İsraili qlobal əməliyyat dəyəri olacaq qisasla cəzalandıracağıq.

Eyni zamanda, ABŞ rəsmiləri, o cümlədən ABŞ Dövlət Departamentinin sözçüsü Meteu Miller də daxil olmaqla, İsrailin hücumda iştirakı ilə bağlı ittihamları rədd etmişdilər və o, İsrailin partlayışda əli olduğunu söyləmək üçün heç bir əsasın olmadığını söylədi. Amerika rəsmisi daha sonra bu hücumların İŞİD-in İraq və Suriyadakı hücumlarına çox bənzədiyini bildirib.

#İran #İŞİD  #Kirman

Related Articles

Bir cavab yazın

Back to top button