az

İŞİD lideri Əbu Bəkr əl-Bağdadi Suriyada öldürülüb

ABŞ-ın silahlı qüvvələri Suriyada İŞİD lideri Əbu Bəkr əl-Bağdadini öldürüb

Bu barədə “Fox News” mənbələrə istinadən məlumat yayıb ki, ABŞ hərbçiləri zərərsizləşdirilən şəxsin kimliyini hələ rəsmi şəkildə təsdiqləməyiblər. Jurnalistlər güman edirlər ki, Birləşmiş Ştatların dövlət başçısı Donald Trampın “Twitter”də müəmmalı paylaşımı da bununla bağlı olub.

Öz növbəsində “Newsweek” jurnalı da bildirib ki, İŞİD lideri hərbi əməliyyat zamanı məhv edilib. Jurnalın məlumatına görə, Əbu Bəkr əl-Bağdadi etibarlı kəşfiyyat məlumatları əsasında birləşmiş komandanlığın keçirdiyi xüsusi əməliyyat zamanı öldürülüb.

“Newsweek”in məlumatına görə, ABŞ-ın Müdafiə Nazirliyi Ağ Evə “yüksək əminliklə” Əl-Bağdadinin öldürüldüyünü xəbər verib.

Qeyd edək ki, ABŞ prezidenti özünün “Twitter”dəki səhifəsində qeyri-müəyyən paylaşım edib.

“İndicə tale əhəmiyyətli bir şey baş verib”, – deyə Tramp yazıb. Lakin ABŞ prezidenti bununla bağlı açıqlama verməyib.

Related Articles

Bir cavab yazın

Back to top button