Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu İsfahan şəhərində öz iranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüşüb.
Aznews.tv-nin TRT-yə istinadən verdiyi məlumata əsasən, deleqasiyalararası işçi iclasın bitməsindən sonra nazirlər ikitərəfli münasibətlər, həmçinin regional və beynəlxalq məsələlərlə bağlı məsləhətləşmələrin genişləndirilməsini və bu çərçivədə ikitərəfli əməkdaşlığın səmərələliyinin artırılmasını nəzərdə tutan plan imzalayıblar.
İclas bitdikdən sonra Çavuşoğlu Zərifin onun şərəfinə təşkil etdiyi naharda iştirak edib.
Xatırladaq ki, Türkiyənin XİN rəhbəri iyunun 20-si M.C.Zərifin dəvəti ila İrana işgüzar səfər edib.
Aznews.tv