
İsfahan əyalətində Tibbi Qəzalar və Fövqəladə Hallar üzrə İdarənin sözçüsü Abbas Abidi mediaya açıqlamasında deyib ki, hadisə yanvarın 5-i yerli vaxtla saat 17:03 radələrində İsfahanın təyyarə eniş edərkən baş verib.
“Göyərtəsində 110 sərnişini olacn təyyarə eniş edərkən onun sol təkərində texniki nasazlıq yarandığından təyyarə eniş zolağından çıxaraq dayanıb.
Hadisə nəticəsində iztirab və şok içində olan sərnişinlərdən 5-i müxtəlif dərəcəli bədən xəsarəti alıblar. Xəstəxanaya yerləşdirilən xəsarət alanlardan 3-ü qadın, 2-si isə kişidir. Hazırda qəza enişinin səbəbləri araşdırılır”, -deyə İsfahan əyalətinin Tibbi Qəzalar və Fövqəladə Hallar üzrə İdarəsinin sözçüsü Abbas Abidi bildirib.