Bu barədə Tehran Avtobus Şirkəti İşçilərinin Həmkarlar İttifaqı məlumat yayıb.
Bildirilib ki, Rza Şəhabinin səhhətinin ağır olmasına və həkimlər heyətinin onun təcili əməliyyat edilməsi barədə qərarına baxmayaraq, işçi hərəkatı fəalının xəstəxanaya köçürülməsinə icazə verilmir.
“Bu, Rza Şəhabinin həyatına qarşı məqsədli sui-qəsddir, baş verəcək xoşa gəlməz hadisəyə görə hakimiyyət və həbsxana rəhbərliyi məsuliyyət daşıyır”,- Həmkarlar ittifaqının bəyanatında bildirilib.
2022-ci il mayın 12-də həbs edilən fəal əslən Şərqi Azərbaycan əyalətinin Şəbistər şəhərindəndir.
O, “hökumətə qarşı təbliğat” və “ökənin milli təhlükəsizliyinə xələl gətirmək üçün toplaşmaq və əlbir olmaq”da ittiham edilərək 6 il azadlıqdan məhrum edilib.
Rza Şəhabi bundan öncə dinc fəaliyyətlərinə görə 6 il məhkumluq həyatı yaşayıb. Həbs edildiyi zaman məmurlar tərəfindən döyüldüyü üçün fəqərə sütunu və boyun nahiyəsindən ağır xəsarət alıb.