
Bunu “Ölkə üçün Həyat” partiyasının həmtəsisçisi Mesrop Arakelyan yazıb.
O bildirib ki, Kərki kəndi istisna olmaqla, siyahıya bütün sərhədyanı yaşayış məntəqələri daxil edilib.
“Görünür, hökumət bu qərarla Tiqranaşenin (Kərki – red.) təhvil verilməsi prosesinə başlayır”, – M.Arakelyan iddia edib.
Qeyd edək ki, Ermənistan Naxçıvanın Kərki kəndini 1990-cı ildən işğalda saxlayır.