
Əmir Cəfərzadənin verdiyi məlumata görə, yol nəqliyyat qəzası dekabrın 4-ü, gecə saatlarında Makı-Bazərqan yolunda olub.
Onun sözlərinə görə, iki minik avtomobilinin ağır yük maşını (TIR) ilə toqquşması nəticəsində 2 nəfər hadisə yerində ölüb, 3 nəfər ağır bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Ə.Cəfərzadə yaralılardan birinin xüsusi avadanlıqlar vasitəsilə avtomobildən çıxarıldığını deyib. Onun sözlərinə görə yaralının durumu ağırdır.