İran

İraqın baş naziri Tehranda İbrahim Rəisi ilə görüşüb

İraqın baş naziri Mustafa Əl-Kazimi Tehrana səfəri çərçivəsində İran prezidenti İbrahim Rəisi ilə görüşüb.

İbrahim Rəisi İranın qonşu ölkələr arasında İraqla ən sıx əməkdaşlıq etdiyini iddia edib.  “Yad qüvvələrin müdaxiləsi regiondakı problemləri daha da artırır”-deyə, prezident iddia edib.

Qeyd edək ki, son vaxtlar İranın İraqın daxili işlərinə müdaxiləsinin artması Bağdad hökumətinin narazılığına səbəb olub.

İraqın xarici işlər naziri Fuad Hüseyn 26 iyunda yayımlanan müsahibəsində Bağdadın İranla danışıqlar zamanı fərqli bir danışıq dili seçdiyini, əvvəllər belə bir tonun olmadığını deyib.

Nazir İranın İraqa müdaxiləsinin qəbuledilməz olduğunu deyib.

“Artıq siyasi və başqa  müdaxilərə görə başqa bir dialoq tərzi ilə İranla danışmağa başlamışıq. Tehran Bağdaddan əvvəllər mövcud olmayan fərqli bir dil eşitməyə başlayıb”-deyə, Fuad Hüseyn bəyan edib.

Related Articles

Bir cavab yazın

Back to top button