
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Qeyd edilir ki, terrorçular tərəfindən yerləşdirilən partlayıcı qurğunun işə düşməsi nəticəsində daha 3 əsgər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib və müalicələrinə başlanılıb.
Türkiyə Milli Müdafiə Nazirliyi həlak olan əsgərin ailəsinə başsağlığı verib, yaralananlara şəfa diləyib.
Qeyd edək ki, Türkiyə ordusu İraqın şimalında “Pençe-Kilit” antiterror əməliyyatnaı aprelin 18-də başlayıb. (report.az)