BölgəDünya

İraq Türkman Cəbhəsinin keçmiş rəsmisi qətlə yetirildi

İraq Türkman Cəbhəsinin təhlükəsizlik idarəsinin keçmiş rəhbəri Əhməd Tahir Kərkükdə öldürülüb.

Bu barədə İraq Türkman Cəbhəsinin rəhbəri Həsən Turan yaydığı bəyanatda bildirib.

Məlumata görə, o, evinin qarşısında, avtomobilinə yerləşdirilən bombanın partlaması nəticəsində həlak olub.

Həsən Turan baş nazir və İraq ordusunun Baş Qərargah rəisi Məhəmməd Şia Sudanidən xaincə həyata keçirilən terror aktının arxasında duranların tez bir zamanda həbs olunmasını istəyib.(Axar.az)

Related Articles

Bir cavab yazın

Back to top button