İran

İraq Mərkəzi Bankının qərarı ilə İran Milli Bankının fəaliyyət lisenziyası ləğv edilib:

“İraqda dəyən ziyanı, fəaliyyətinizə qoyulan məhdudiyyətləri və sizə qarşı tətbiq edilən beynəlxalq sanksiyaları nəzərə alaraq, lisenziyanızı ləğv etmək qərarına gəldik”.

Bankın nümayəndələri məlumatı şərh etməkdən imtina ediblər.

İranın Milli Bankı ölkənin ən böyük bankı hesab olunur. ABŞ Maliyyə Nazirliyi bu bankı 2018-ci ildə sanksiyalar siyahısına daxil edib. Sanksiyaya səbəb SEPAH tərəfindən “İraqdakı şiə silahlı qruplaşmalarına maliyyə dəstəyi” məqsədilə bankın imkanlarından istifadə edilməsi olub.

#BankMelliİran

Related Articles

Bir cavab yazın

Back to top button