Bu barədə “Şərqi Azərbaycanda turizm sahəsinin maneələrinin araşdırılması və həll yolları” adlı konfransın katibi Rəhim Heydəri bildirib.
O, İrana turist səfərlərinin az olmasının səbəblərini sadalayıb və xaricilərin İranın təhlükəli ölkə olduğunu düşündükləri üçün bura səfər etməkdən çəkindiklərini deyib.
Heydəri qeyd edib k, Tehran şəhəri İran şəhərlərinin turistlərdən qazandığı gəlirin dörddə birini əldə edir.