Site icon Aznews TV

İranlılar Britaniya səfirliyinin qarşısına toplaşaraq Yəmənə dəstək veriblər

Etiraz zamanı İsrailin, Böyük Britaniyanın və ABŞ-nin bayraqları yandırılıb və şüarlar səsləndirilib.

12 yanvar tarixində ABŞ və Böyük Britaniya Yəməndəki husi hədəflərinə havadan və dənizdən hücum edib. Ən azı 12 Husi hədəfi döyüş təyyarələri və Tomaqavk raketləri ilə vurulub. Hücumlar təyyarələr, gəmilər və sualtı qayıqlarla həyata keçirilib.

İsrailin Qəzzaya hücumlarına cavab olaraq Yəməndə İranın dəstəklədiyi husilərin ticarət gəmilərinə qarşı hərəkətlərindən sonra ABŞ və Böyük Britaniya hücuma qərar verib.

#Amerika #Britaniya #İran #Husilər

Exit mobile version