Dünyaİran

İranlılar Britaniya səfirliyinin qarşısına toplaşaraq Yəmənə dəstək veriblər

Tehranda bir qrup şəxs 12 yanvar axşam saatlarında İngiltərənin Tehrandakı səfirliyi qarşısına toplaşaraq, ABŞ və 9 ölkənin Yəməndəki Ənsar Allah mövqelərinə qarşı hərbi təcavüzünə etiraz ediblər.

Etiraz zamanı İsrailin, Böyük Britaniyanın və ABŞ-nin bayraqları yandırılıb və şüarlar səsləndirilib.

12 yanvar tarixində ABŞ və Böyük Britaniya Yəməndəki husi hədəflərinə havadan və dənizdən hücum edib. Ən azı 12 Husi hədəfi döyüş təyyarələri və Tomaqavk raketləri ilə vurulub. Hücumlar təyyarələr, gəmilər və sualtı qayıqlarla həyata keçirilib.

İsrailin Qəzzaya hücumlarına cavab olaraq Yəməndə İranın dəstəklədiyi husilərin ticarət gəmilərinə qarşı hərəkətlərindən sonra ABŞ və Böyük Britaniya hücuma qərar verib.

#Amerika #Britaniya #İran #Husilər

Related Articles

Bir cavab yazın

Back to top button