Site icon Aznews TV

İranlılar BMT-nin qarşısında etiraz aksiyası keçirib: “Rəisinin anım mərasimi ləğv edilsin”

Etirazçılar BMT-nin 79-cu Baş Assambleyasında İbrahim Rəisinin anım mərasiminin keçirilməsi ilə bağlı qərarın ləğv edilməsini tələb ediblər.

Onlar bu mərasimin keçirilməsini İbrahim Rəisinin də üzv olduğu “Ölüm Komitəsi”nin qərarı ilə edam edilən 30 min siyasi məhbusa hörmətsizlik olduğunu deyiblər.
Qeyd edək ki, mayın 30-da BMT-nin mənzil qərargahında mayın 19-da helikopter qəzasında həlak olan İbrahim Rəisinin anım günü keçiriləcək.

Exit mobile version