İran

İranlı mühacir Avstraliyada intihar edib

"The Independent": Avstraliya Sərhəd Qüvvələrinin məlumatına görə, iranlı gənc 2013-cü ildə qeyri-qanuni şəkildə qayıqla bu ölkəyə gəlib və davamlı olaraq müxtəlif mühacir düşərgələrində qalıb.

“Aznews tv” xəbər verir ki, Sığınacaq və Miqrasiya Məsələləri Qrupunun məlumatında bildirildiyinə görə, iranlı mühacir təxminən 1 həftə öncə intihar edib.

Məlumatda qeyd olunub ki, intihar edən gəncin cansız cəsədi həmin gün günorta saatlarında otağında tapılıb və araşdırma üçün məhkəmə tibbi ekspertizasına göndərilib.

Onun düşərgədəki bəzi dostlarının sözlərinə görə, o, bundan əvvəl bir neçə dəfə digər mühacirlər tərəfindən döyülüb və düşərgə məmurları onun təhlükəsizliyinin təmin edilməsi ilə məqsədilə başqa yerə köçürülməsi üçün heç bir addım atmayıblar.

Qeyd edək ki, İran hökumətinin apardığı yanlış siyasət, iqtisadi problemlər, işsizlik, bahalıq kimi onlarla problem səbəbindən özəlliklə son dövrlərdə ölkədə ciddi beyin axını meydana gəlib. Başqa dövlətlərə sığınan İran vətəndaşları isə mühacir düşərgələrində çətin vəziyyətdə yaşamağa məcbur qalır, bəzən isə çıxış yolunu intihar etməkdə görürülər.

Related Articles

Bir cavab yazın

Back to top button