İranın İslam Şurası Məclisinin millət vəkili Kazım Delxoş Gilan vilayətində koronavirusun kəskin yayılmasından meydana çıxan acınacaqlı durumla bağlı uyarı verib.
O bildirib ki, mərizxanalar dolduğundan tibb işçiləri məcbur qalıb yeni mərizləri küçələrdə müalicə edirlər.
Onun sözlərinə görə, əyalət mərizxanalarında dərmanla tibbi təchizat çatışmazlığı ucbatından ötən gecə koronavirusun ölkədə yayılmasından bu yana Gilanda bu mərizlikdən ölənlərin sayında rekord göstərici qeydə alınıb.