
Son aylar İranda virtual məkan istifadəçiləri internetdə və sosial şəbəkələrə girişdə daha çox məhdudiyyət və maneələrlə üzləşiblər.
İranda tətbiq edilən siyasət, aşağı maaşlar və artan xərclər internet biznes sahibləri, informasiya və kommunikasiya texnologiyaları sənayesinin mütəxəssisləri və fəalları və bilik əsaslı şirkətlər üçün meydanı günü-gündən daraldarkən, BƏƏ rəqəmsal iqtisadiyyata, bərpa olunan enerjiyə və süni intellektə böyük sərmayə qoyur, İrandan və digər ölkələrdən İT sənayesi üzrə mütəxəssisləri cəlb etməyə çalışır.
Eyni zamanda İran-BƏƏ Ticarət Palatasının idarə heyətinin üzvü İlNA xəbər ajansına müsahibəsində deyib: “BƏƏ-də İran vətəndaşları tərəfindən şirkətlərin qeydiyyata alınması prosesi son illərdə kəskin artıb”.
https://bit.ly/3AUzaSx