
“HRANA” ajansının məlumatına görə, Nigar Məsudi “milli əmniyətə qarşı fəaliyyət” və “hökumət əleyhinə fəaliyyət” ittihamları ilə 4 il 8 ay həbs, habelə “pozğunluğa və əxlaqsızlığa təşviq etmə” ittihamı ilə 80 milyon tümən nağd pul cəzasına məhkum edilib. Əfsanə Əzimzadə isə “milli əmniyətə qarşı fəaliyyət” ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib.