Ekspertlər Farşad Momeni və Hüseyn Rəğfər Pezeşkianın bu günə qədərki idarəetməsindən narazı olduqlarını bildiriblər və onu son 35 ilin uğursuz iqtisadi siyasətlərindən çəkinməyə dəvət ediblər.
İran iqtisadiyyatı dövlət nəzarəi altında fəaliyyət göstərir. Belə ki, ölkə iqtisadiyyatının 80%-i birbaşa, ya da dolayı yolla dövlət və dövlət qurumlarına tabedir. Əlavə olaraq demokratik idarəetmənin mövcud olmaması, rejimin nüvə enerjisi və uğursuz xarici siyasəti ölkədəki iqtisadi durumu daha da ağırlaşdırıb.
Eksperlər bildiriblər ki, Pezeşkian xalqın ölkənin iqtisadi və siyasi gələcəyində söz sahibi olmasına imkan yaradacağına söz verməsinə baxmayaraq bu istiqamətdə heç bir addım atmayıb.