“Arsax” (Qarabağ) ermənilərinin geri qayıtması İran üçün çox vacibdir və İran rəsmi kanallar vasitəsilə bu haqda danışır. Qafqazdan kənarda etnik dəyişikliklər İran üçün qəbuledilməzdir. Buna görə də İran Qarabağda məskunlaşdırılan ermənilərin məcburi deportasiyasını qanunsuz hesab edir. İran “Arsax xalqı”nın öz vətənlərinə qayıtmasını və onların təhlükəsizliyini təmin etmək istəyir”.
Ekspertin sözlərinə görə, Ermənistanın işğal etdiyi torpaqlara azərbaycanlıların qayıtması da İran üçün qəbuledilməzdir.
“Sünik məsələsi mütləq qaldırılacaq, orada yaşayan azərbaycanlılar tədricən hüquq, o cümlədən təhlükəsizlik tələb edə bilərlər. Belə olduqda Türkiyənin hərbi güclə müdaxiləsinə əsas yaranacaq ki, bu da Sünikin təhlükəsizliyini çox həssas edəcək və Sünikdə zorakılığa zəmin hazırlayacaq”, – o, əlavə edib