Qərbi Azərbaycan əyalətinin İran parlamentindəki nümayəndəsi və Kənd Təsərrüfatı Komissiyasının üzvü Calal Mahmudzadə çörək qıtlığından danışıb və hökumətin siyasətini tənqid edib. O, hökumətin əhalini bir sıra ərzaq malları ilə təmin edə bilmədiyini deyib:
“Hökumət artıq əhalini çörək və yumurta kimi vacib mallarla təmin etməkdə və qiymətləri tənzimləməkdə aciz qalıb”.
Qeyd edək ki, bir neçə gün əvvəl Urmiya şəhərinin İran parlamentindəki nümayəndəsi Salman Zakir də oxşar bəyanat səsləndirib, ölkədə un və çörək qıtlığının hökm sürdüyünü söyləyib.