Cəmiyyətİran

İranlı “Ancelina Colini” küfrə görə həbs etdilər

İranda İnstaqramın ulduzuna çevrilmiş, Ancelina obrazında şəkillər paylaşan  Səhər Təbəri həbs ediblər.

Aznews.tv xəbər verir ki, o küfr etməkdə və insanları zorakılığa sövq etməkdə günahlandırılır.

22 yaşlı Səhər Təbər Ancelina obrazında şəkil və video paylaşaraq dünya KİV-lərinin diqqət mərkəzinə düşüb.

Məlumata əsasən, Hollivud aktriasasına bənzəmək üçün S.Təbər 50-dən çox plastiki əməliyyat keçirib.

Lakin onun qeyri-adi görünüşü insanlar arasında çaşqınlıq yaradıb.

Onu hətta A.Colinin “zombi-versiyası” adlandırıblar.

İzləyici sayı artıqdan sonra Səhər bu şəklə düşmək üçün foto və makiyajdan ustalıqla istifadə etdiyini bildirib.

Qeyd edək ki, həbs edildikdən sonra onun İnstagram səhifəsi ləğv edilib.

Səhər küfrdə, zorakılığa təşviqdə və İranın geyim qaydalarını pozmaqda ittiham olunur.

Qeyd edək ki, son zamanlar İranda moda ilə bağlı bloggerlərin həbs halları çoxalıb.

Səhər Təbərin həbs xəbəri sosial şəbəkələrdə ajiotaja səbəb olub.

İnternet istifadəçilərindən biri, istehza ilə Səhərin İran höküməti üçün daha günahsız sayılan rüşvətxorluqla və ya insan qətli ilə məşğul olmalı olduğunu bildirib.

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button