Dünyaİran

​​“İranla Rusiyanın bank əlaqələrində problemlər qalır” – Rusiya rəsmisi

İran rəsmiləri və mediasının Tehranla Moskvanın ticarətlərinin yaxşı getdiyi barədə təbliğatlarına rəğmən problemlərin hələ də qaldığı bildirilir.

“Sanksiyalara görə İranla Rusiyanın bank əlaqələri üzrə problemləri davam edir. Bu məsələ ikitərəfli ticarət üzrə ən birinci problemdir ”, – deyə İran və Rusiyanın Ortaq Ticarət-İqtisadi Şurasının rəisi Səfərov Rəcəb vurğulayıb.

Xatırladaq ki, İran bir neçə ay öncə Rusiyanın ikinci böyük bankı olan VTB-nin İranda filialını açdığına və valyuta mübadiləsi imkanı barədə genişmiqyaslı təbliğata baxmayaraq, bank rəhbəri bu xəbəri təkzib edib.

Rusiya Ukraynaya qarşı müharibəyə başlayandan sonra VTB bankı bu ölkənin sanksiya tətbiq olunmuş banklarından biridir.

ABŞ və Avropa İttifaqı həmin banka sanksiya tətbiq edərək Avropa ölkələrində fəaliyyətinə tamamilə qadağa qoyulub.

İran Qərb ölkələrinin etibarlı valyutaları ilə ticarət imkanına malik olmadığı səbəbindən bir neçə ildir ki, Rusiya ilə ticarət üçün rəsmi rubl və rial valyutalarından istifadə etmək istəyir.

Lakin sanksiyalara görə bank əlaqələrinin mümkün olmadığı səbəbindən buna nail ola bilmir.

#İran #Rusiya

Related Articles

Bir cavab yazın

Back to top button