Dünyaİran

İranla hərtərəfli strateji tərəfdaşlıq sazişinin imzalanmasına hazırlıq başa çatıb- Moskva

Tehranla hərtərəfli strateji tərəfdaşlıq sazişi üzrə hazırlıq işləri başa çatıb və onun imzalanmasına hazırlıq gedir.

Bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.

“Rusiya-İran münasibətlərinin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi üçün qarşıya qoyulan tutarlı sənədin redaktə edilməsi işi təxminən iki il yarım çəkdi və bu gün başa çatmış hesab olunur”,- Rudenko TASS xəbər agentliyinə açıqlamasında bildirib.

Qeyd edək ki, İranın yeni Prezidenti Məsud Pezeşkian Prezident Vladimir Putinlə telefon danışığında bəyan edib ki, Tehran oktyabrda keçiriləcək BRİKS-in görüşündə Moskva ilə hərtərəfli strateji tərəfdaşlıq sazişi imzalamağa hazırdır.

Related Articles

Bir cavab yazın

Back to top button