Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Dünyaİran

İranla Ermənistan arasındakı ticarət dövriyyəsi artıb

2023-cü ildə İranla Ermənistan arasında ticarət dövriyyəsinin həcmi 454 milyon dollar dəyərində 1 milyon 419 min tona çatıb.

Bu barədə İran gömrüyünün yaydığı statistikada bildirilib.

Onun sözlərinə görə, 2019-cu ildə Tehranla İrəvan arasında ticarət dövriyyəsinin həcmi 155 milyon 200 min dollar dəyərində 631 min 400 ton maldan ibarət olub.

Ötən il isə İrandan Ermənistana 409 milyon dollar dəyərində 1 milyon 406 min ton İran mal ixrac edilib.

Ermənistandan idxal olunan ən əsas mallar isə minerallar, qoyun cəmdəkləri, süzgəclər, kraft kağız, karton, taxta, tibbi avadanlıq, ölçü və elektrik cihazları, dəmir məmulatları və ehtiyat hissələri olub.

Related Articles

Bir cavab yazın

Back to top button