Bunu ABŞ-ın BMT-dəki keçmiş səfiri, respublikaçıların əsas simalarından Nikki Heyli deyib.
Onun sözlərinə görə, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp bunun üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla aktiv çalışmalıdır:
“Türkiyə İranın zəiflədilməsi və Ukraynada müharibənin bitməsi üçün açar ölkədir. Tramp gərək Ankara və Ərdoğanla işləsin”.
Qeyd edək ki, N.Heyli Respublikaçıların prezidentliyə namizədliyi praymerizində Trampın əsas rəqiblərindən idi. O, zamanla bir çox məsələlərdə erməniyönlü, antitürk mövqeyi ilə seçilib.