İranın Ticarətin İnkişafı Təşkilatının sədri Mehdi Zeyğəmi yanvarın 20-si ILNA XA ilə müsahibəsində problemin həll olunacağı vaxtnın bəlli olmadığını deyib.
Onun bildirməsinə istinadən sərhəddə “sürücülərə viza verilmədiyi” səbəbindən onlar şaxtada gözləməli olublar.
Xatırladaq ki, ISNA XA yanvarın 15-i bildirmişdir ki, Belarusiyanın yeni qərarı səbəbindən İran və sair ölkələrin yük maşınları 27 dərəcə şaxtda şəraitində Rusiya ilə sərhəddə qalıblar.
Rusiya problemin həlli istiqamətində 3 ölkə üçün Belarusiyanı əvəz edən keçid sərhəddi təyin edib. Lakin, İranın yük maşınlarının vəziyyətinə aydınlıq gətirməyib.