Dünyaİran

İranın yeni prezidenti işğalçı Ermənistanla münasibətlərin hərtərəfli genişləndirilməsinin əhəmiyyətindən danışıb

İranın bölgədə barış və sabitliyi dərinləşdirmək üçün çabalarını əsirgəməyəcəyini bildirən ölkənin yeni seçilmiş prezidenti deyib: “Birlikdə İran və Ermənistan xalqlarının maraqları üçün böyük addımlar atacağıq”.
Məlumata görə, Seyid İbrahim Rəisi cümə axşamı günü Ermənistanın Baş vəziri Nikol Paşinyanla görüşdə iki ölkə ilişkilərinin genişləndirilməsinin əhəmiyyətinə toxunaraq qeyd edib: “Bir-birimizlə əməkdaşlıq edərək və dəstək verərək iki ölkənin və onun xaqlarının mənafeyi yönündə böyük addımlar ata bilərik”.

O, İran və Ermənistanın iqtisad, ticarət, elm və teknolojinin müxtəlif alanlarda imkanlarından söz açaraq deyib: “Birgə planları və projələri ən qısa müddətdə tamamlayıb iki xalqın rifahına və rahatlığına xidmət etməyə qərarlıyıq”.

Bildirək ki, 44 günlük haqq savaşı dövründə Azərbaycanın gerçək dostları və bədxahları bir daha tanındı. Azərbaycan xalqının haqq davasında onun yanında durmaq yerinə işğalçı Ermənistana hərtərəfli dəstək verən İran hökuməti indi də bu “adət”indən əl çəkmir, ona öz ərazisindən quru yolla dünyaya çıxış imkanı yaratmaqla, nəyin bahasına olursa olsun Ermənistanı ayaqda tutmağa çalışır. Həm də işğalçılıq xislətini davam etdirməyə təşviq edir.

Related Articles

Bir cavab yazın

Back to top button