Xanduzinin sözlərinə görə, İranın xarici ticarət həcmi 2023-cü il martın 21-dən dekabrın 22-dək 112 milyard dollara çatıb və müvafiq dövrdə illik müqayisədə 7% artıb.
Hesabatda İranın ixracının idxalını 15 milyard dollar üstələdiyi bildirilir.
İqtisadiyyat naziri qeyd edib ki, bu müddət ərzində ölkədən 63 milyard dollardan çox neft və qeyri-neft məhsulları ixrac edilib, ölkəyə isə 48 milyard dollardan çox məhsul idxal olunub.