
Təhsil naziri bildirib ki, ana dilində təhsilin verilməsinin mexanizmləri var və bu təhsilin məktəbdənkənar, yoxsa kurikulum proqramlar şəklində verilməsi araşdırılmalıdır.
Kazemi onu da qeyd edib ki, bu məsələ Ali Təhsil Şurasında araşdırılıb və Kürdüstan kimi bölgələrdə ana dilinin tədrisi məsələsi daha çox önə çıxır, Tehran və ya Semnan kimi şəhərlərdə isə belə ehtiyac daha az hiss olunur.
Qeyd edək ki, “ana dilində təhsil” dedikdə məktəb dərsliklərinin standart ana dilində (məsələn, türk dilində) yazılması nəzərdə tutulur. Amma “ana dilinin tədrisi” isə yallnız həftədə 1 və ya 2 saat ana dilinin ayrıca dərs kimi keçirilməsi deməkdir.