İranın Sağlıq vəzirliyinin Yoluxucu Mərizlikləri İdarəetmə Mərkəzinin başçısı Məhəmmədmehdi Quya mərizlərin sayının artması ilə qripin yayılma həddinə yaxınlaşma təhlükəsini vurğulayaraq deyib: “Ölkədə anfulanzanın yayılması artmaqdadır və koronanın yayılması ilə daha da ölümcül olan və laboratorda təsdiq olunmuş 200-dən çox hadisə qeydə alınıb”.
Məhəmmədmehdi Quya azər ayının 3-də İranda anfulanzanın yayılması halları ilə bağlı deyib ki, “hələ ki anfulanzaya yoluxma hallarında uyarı həddinə çatmamışıq, ancaq görünən odur ki, tezliklə o mərhələyə çatacağıq”.
O, habelə indi İranda “H3N2” qripinin olmasını şayiə adlandıraraq xatırladıb ki, qrip və Covid-19 mərizliklərinin hər ikisinin insanda olması onun mərizliyinin daha şiddətli və daha ölümcül olması deməkdir.