İslam Cumhuriyyətinin qurucusu Xomeyninin “İslam təbliğatla diridir” sözü bu siyasi sistemdəki propaqandanın nə dərəcə önəmli olduğunun göstəricisidir. Qurulduğu gündən hətta ondan qabaq şah dönəmindəki inqilab mübarizələrində belə əsas diqqətə alınan məsələlərin başında təbliğat və propaqanda məsələsi gəlirdi. Son dərəcə bağlı bir rejim olmanın yanında mənimsənən ideoloji və siyasi tutumun dünyaya açılması və sadir olunması da son dərəcə diqqətə alınandır.
Bu təbliğat gündəlik həyatdan siyasi, xarici işlərdən nizami söhbətlərə qədər geniş və dərin bir propaqanda dəstqahıyla son dərəcə diqqətlə və incəliklə qabağa aparılır. İran İslam Cumhuriyyətinin hətta göründüyünün tam tərsi bu məsələ də əbədən ideolojik olma zorundalığı da yoxdur və amaca yetişmək üçün hər türlü yolu ustaca qabağa aparır. İranda fərqli duruma və hədəf quruhlara görə təbliğat siyasəti dəyişir və ən çox nəticə alınacaq kimi işlər qabağa aparılır.
Xarici İşlər Vəziri Məhəmməd Cavad Zərif geçən gün ictimai medya hesabından Alman və Türkiyə-yə 40 min gəlişmiş koronavirus test kitinin göndərdiklərini iddia etmişdi. Xarici işlər Vizarətxanasının internet saytı da həmin iddianı xəbər kimi vəzirin dilindən yazıb paylaşdı. Ancaq neçə gün sonra Türkiyə-nin Dövləti Anadolu Xəbər Ajansı bu iddianın yalan olduğunu Türk diplomatlardan aldığı xəbərə görə bildirdi. Bu məsələ Türkiyə medyasında çox geniş yayılmasa da özəlliklə İran-da Azərbaycan fəalları arasında yayıldı və İran-ın iki üzlülüyünə etirazlar oldu. Bütün bu etirazlar və yalanın ortaya çıxması İran-ın propaqanda hədəflərini zədələmiş olsa da doğrusu budur ki əslində çox da bir şey dəyişmir. Niyə ki İran-ın geniş təbliğatıyla və azad rəsanənin olmadığına görə yaradılan tək səslilik sayəsində bir çox insan İran-ın Türkiyə-yə yardım elədiyini inanacaq.
Ancaq bu iş nə üçün önəmlidir? Koronavirus böhranında bir çox ölkə bir birlərinə bənzər yardımlar elədilər və əslində bu edilənlər ki maddi olaraq bir ölkəyə çox da ciddi bir rəqəm dəyir daha çox diplomatik amaclarla olur. Misal üçün türkiyə 60-a yaxın ölkəyə bənzər yardımlar edib. Amma olunan yardımlar dövlətin şəffaflığı və azad rəsanələrin varlığına görə ölçüləbilər və millətin tənqidi də olsa dilə gətirəblərlər. Ancaq İran-da belə bir şey əbədən söz qonusu dəyir. Yəni bir bu ki hakimiyyətdə kontrol olabiləcək bir şəffaflıq yoxdı. ikinci bu ki əsasən İran-da azad rəsanənin mənası olmadığına görə ancaq hakimiyyətin propaqandası çalışabilir. və bu kimi diplomatik rəzalətlər çox zaman unutulub gedir.
İranlıların istər hakimlər və hətta istərsə də adi millətinin özəlliklə xarici ölkələrə qarşı yuxarıdan baxmaları millətin xas ruhi rəvanı və kültüründən xəbər verir.
İranın Xarici İşlər vizarətinin yalan yerə Türkiyəyə 40 min korona test kiti göndərmə iddiası da bu kimi piskolojinin yayılmasına yardım edir. Dünya-da hər baxımdan dalı qalan İran milləti və hakimiyyəti bu kimi baxışlarla daha da uzaqlaşıb öz başlarına fırlanmağa qdadılar.