Dünyaİran

İranın Pakistan sərhədində öldürdüyü mülki şəxslərin kimliyi açıqlandı

Yanvarın 16-sı gecə saatlarında İranın Pakistanla sərhəddə yerləşən kəndə raket hücumu nəticəsində öldürülən və yaralanan mülki şəxslərin kimliyi açıqlanıb.

Bu barədə Bəluc Fəallarının təşkilatı məlumat yayıb.

Bildirilib ki, hücum nəticəsində 2 yaşlı Salman Dərkeşide və 4 yaşlı Homeyra Dərkeşide həyatlarını itiriblər. Bununla yanaşı, öldürülən uşaqların anası Cəmilə Dərkeşidə, onun 17 yaşlı qızı Əsma Dərkeşide və 19 yaşlı digər qadın Lalukan Beşkufə ağır bədən xəsarətləri alıblar.

#SEPAH #Pakistan #SistanBelucistan

Related Articles

Bir cavab yazın

Back to top button