
İranın atom anlaşması üzrə Birgə Komisiyonun toplantısının vaxtı dəyişdirilib. Bunu İranın Dış İşləri baxanının müavini Abbas Əraqçı deyib. Onun sözlərinə görə, danışıqlar avrilin 15-i keçiriləcək.
“Əvvəlki proqrama əsasən, “4+1″ formatında atom anlaşması üzrə danışıqlar avrilin 14-ü keçirilməli idi. Ancaq Avropa Birliyinin siyasi məsələlər üzrə nümayəndə timinin bir üzvünün koronavirusa yoluxması, habelə tibbi protokolları riayət etmə ehtiyacı səbəbilə bu toplantı avrilin 15-i keçiriləcək”, – deyə Abbas Əraqçı bildirib.