İsrailin “I24” telekanalı xüsusi reportajında İran İslam Respublikasının qatı əleyhdarı olan həmin məşhur şiə ruhanisinin bu yaxınlarda İsraillə gizli görüş keçirdiyini və Benyamin Netanyahuya yaxın rəsmilərlə görüşdüyünü açıqlayıb. Telekanal bazar günü məlumat yayıb ki, bu molla ilə görüşdə iştirak edən Benyamin Netanyahuya yaxın bir mənbə bunu təsdiqləyib, lakin adının açıqlanmamasını xahiş edib, çünki həmin mollanın həyatı İslam Respublikası tərəfindən təhlükə altında olacaq.