İran

İranın məşhur zindanına kiberhücum- Yüzlərlə məhkumun ittihamı ifşa olundu

Hücumun məsuliyyətini “Ədaləti Əli” kaher qrupu öz üzərinə götürüb.

“Ədaləti Əli” haker qrupu mediaya bildirib ki, Kərəcin “Qızıl hisar” zindanının sistemlərinə müdaxilə edib və çox sayda sənədləri ələ keçiriblər.

Qrupun mediaya ötürdüyü sənədlər arasında 2019-cu ilin noyabr etirazları zamanı həbs olunan yüzlərlə məhbusun siyahısı və onlara qarşı irəli sürülən ittihamlar mövcuddur.

Əldə edilən sənədlərdə məhbuslara qarşı irəli sürülən ittihamların çoxunluğu “asayişi pozmaq”, “rejimə qarşı təbliğat fəaliyyəti”, “İslam Respublikası tarixinin iki liderini kiberməkanda təhqir etmək” və “təhlükəsizliyə qarşı fəaliyyət etmək niyyəti ilə toplaşmaq və əlbir olmaq” kimi ittihamlardan ibarətdir.

əldə edilən siyahıda 1846 məhkumların 1 aydan 10 ilədək həbsə məhkum edildikləri, bir sırasının barəsində isə həbslə yanaşı şallaq zərbəsi cəzasınında çıxarıldığı görünür.

“Bir neçə dəqiqə əvvəl rejimin zülm və repressiyalarını ifşa etmək üçün Kərəcdəki “Qızıl hasar” zindanını da hək etdik. Biz hamımız bu avtoritar rejimin siyasi məhbuslarıyıq. Biz bu “Fəcr” ongünlüyünü ümumölkə etirazları onilliyinə çevirəcəyik”-deyə, haker qrup bildirib.
Bundan öncə fevralın 1-də eyni haker qrupu İranın dövlət radio və televiziya kanallarının canlı yayım və arxiv platforması olan “Telewebion”a qarşı kiber hücum həyata keçirib.

Hücum nəticəsində bu platforma vasitəsilə canlı yayım həyata keçirən İranın bir neçə televiziya kanalının efiri ələ keçirilib.

Faktı təsdiqləyən “Telewebion” bildirib ki, bu gün axşam saat 02:00 radələrindən 23:00-a qədər hücum nəticəsində sistemdə problemlər yaşanıb və bir neçə kanalın verilişləri yarımçıq saxlanılıb.

Məlumata görə, bu gün İranın dövlət teleradio kanalları adi qaydada verilişlərinin yayımını davam etdirərkən qəfildən həmin proqramlar dayanıb və əvəzində İran hökumətinə qarşı “Xamneyiyə ölüm” şüarları ilə keçirilən mitinqlərin görüntüləri yayımlanıb.

Daha sonra maskalı bir şəxsin görüntüsü gəlib və o, İran hökumətinə qarşı fikirlər səsləndirib, bu rejimi yıxacaqlarını bəyan edib. Sonda isə “qorxmayın, qorxmayın, biz hamımız birlikdəyik” şüarı səsləndirilib.

Bundan öncə yanvarın 27-i gecə saatlarında İranın rəsmi televiziyasının 1-ci kanalına kiber hücum edilmişdi.

Qeyd edək ki, bundan öncə də İranın müxtəlif mətbuat orqanları, dövlət qurumları və əhəmiyyətli starateji-iqtisadi mərkəzlərinin saytlarına oxşar hücumlar edilib.

Müxalif təşkilatlar tərəfindən həyata keçirilən hücumların qarşısını almaqdan aciz olan İran hökuməti bunu Amerika və İsrailin üzərinə atıb.

 

Related Articles

Bir cavab yazın

Back to top button