İran

İranın keçmiş prezidenti qızı həbsxanadan məzuniyyətə buraxılıb

İranın keçmiş prezidenti Əkbər Haşimi Rəfsəncaninin qızı Faizə Haşimi Evin həbsxanasından 5 günlük məzuniyyətə buraxılıb.

Faizə Haşimi sentyabrın 27-i gecə saatlarında təhıükəsizlik məmurları tərəfindən Tehranın şərq bölgəsində həbs edilib.

İran Kargüzarlar Partiyası Mərkəzi Şurasının üzvü Haşimi “ölkənin təhlükəsizliyinə qarşı toplaşmaq və sövdələşmə, İslam Respublikası sisteminə qarşı təbliğat fəaliyyəti və qeyri-qanuni toplantılarda iştirak etməklə ictimai asayişi və əmin-amanlığı pozmaq” ittiham edilir.

O, qeyd olunan ittihamlara görə İran məhkəməsi tərəfindən 5 il azadlıqdan məhrum edilib.

Related Articles

Bir cavab yazın

Back to top button